Dam örtükləri
Estetik görünüşə və yüksək dayanıqlılığa malik dam örtükləri. Premium sinif Monterey və Adamante, universal profnastil və tam aksesuar dəsti.
5 əsas məhsul + 8 aksesuar
Dam örtükləri və profnastil
Monterey Tipli Dam Örtüyü
İlk baxışdan təbii kirəmiti xatırladan Monterey dam örtükləri keçmiş ilə gələcəyi birləşdirən ecazkar görüntü bəxş edir. Premium sinfinə daxil olan bu dam örtükləri ilə eviniz tam güvən altındadır.
Adamante Tipli Dam Örtüyü
Estetik cəhətdən evinizi fərqləndirəcək dam örtüyü. Original forma və çoxsaylı rəng həlləri evinizin damına xüsusi incəlik və dəb qatacaq.
PP20 Tipli Profnastil
Estetik görünüşə, yüksək keyfiyyətə malik və uzunmüddətli istifadəyə tam yararlı profnastil. Dam örtüyü və cəbhə həlləri üçün ideal seçim.
PP45 Tipli Profnastil
Daha yüksək profilli profnastil — ağır şəraitlərdə istifadə üçün uyğundur. Dam, cəbhə və konstruksiya həllərində tətbiq olunur.
Qalvaniz və Polimer Örtüklü Dəmir Rulonlar
Müxtəlif rəngli dam örtüyü materialları və köməkçi elementlər, fasad profilləri, sendviç paneller, polad tavanlar və ventilyasiya sistemlərinin istehsalı üçün xammal.
Dam örtüyü aksesuarları
Tam və funksional dam sistemi üçün lazım olan bütün aksesuarlar — su yığımı, küləyə davamlılıq, estetik görünüş və təhlükəsizlik üçün.
Ara nov
Damın üzərinə yağan qar və yağış sularının əksər hissəsini özündə cəmləşdirib suyun axını asanlaşdırır. İki cür olur: alt və üst ara novları.
Künclük
Damın ən üst hissəsində qalan element. Künclüklər vasitəsilə dam örtüklərinin hər dörd tərəfi bir-birinə bərkidilir.
Küləklik
Damın təhlükəsizliyini qoruyan əsas aksesuarlardan biridir. Başlıca funksiyası damı yüksək sürətli küləklərdən qorumaqdır.
Düz karniz
Damın estetik görünüşündə əsas rol oynayır. Əsas funksiyası axan suyun içəri buraxılmamasını təmin etməkdir.
Qar saxlayan
Qarın dam örtüyü üzərində kütləvi axınının sürətini azaldır və su sisteminin zədələnməsinin qarşısını alır.
Nov döngəsi
Daxili və xarici növləri mövcuddur. Suyun axınını dəyişdirmə funksiyasına malikdir.
Dirsək
Qazanla su borusunun arasına quraşdırılır. Suyun su borularında axınını təmin edir.
Boru
Su sisteminin əsasını təşkil edir. Novlarda olan suların yerə axmasını təmin edir.
Evinizin damı üçün optimal həll
Dam həndəsəsi, rəng və quraşdırma detalları barədə məsləhət almaq üçün bizimlə əlaqə saxlayın.